Çərşənbə axşamı, 14 May

"Bu döyüşə razısınızmı?" - Mask Putinə meydan oxudu

image

SpaceX-in rəhbəri İlon Mask Rusiya prezidenti Vladimir Putini Ukrayna uğrunda təkbətək döyüşməyə çağırıb.

Xəbər verilir ki,  o,  bu  barədə "Twitter"də yazıb.

"Mən Vladimir Putinə meydan oxuyuram. Mərc Ukraynadır", - Mask yazıb. 

Milyarder şərhlərdə Kremldən bu döyüşə razı olub-olmadıqlarını soruşub: "Bu döyüşə razısınızmı? @KremlinRussia_E".

Bundan əvvəl SpaceX və Tesla şirkətlərinin yaradıcısı və ixtiraçı İlon Mask Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanı dəstəklədiyini bildirib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00